İngiltərənin 4 klubu onu yaxından izləyir

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin transferi üçün mübarizə başlaya bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” tərəfindən yaxından izlənir. Bu klublar hücumçunu gələn yay transfer etməyi ciddi şəkildə düşünürlər.

İsveçli forvard ardıcıl ikinci mövsümü super məhsuldar keçirir. O, “aslanlar”ın heyətində 57 matçda 52 qol vurub və 18 məhsuldar ötürmə edib.

Qyokereş cari mövsümdə “Sportinq”in heyətində 8 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə verib. Onunla PSJ də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button