İngiltərənin 3 nəhəngi argentinalı üçün yarışır

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister klubunu dəyişə bilər.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” mümkün transferi ilə bağlı danışıqlar aparır.

“Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.

Makallister cari mövsümdə İngiltərə çempionatında 24 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button