“Sanço “Liverpul”a keçsəydi, başqa futbolçu olacaqdı”

İngiltərəli keçmiş futbolçu Conatan Vudqeyt “Mançester Yunayted”in oyunçusu Ceydon Sanço haqda danışıb.

Komanda.az xəbər verir ki, hazırda Çempionşip təmsilçisi “Midlsbro”nu çalışdıran Vudqeyt, ingilis oyunçunun “Mançester Yunayted”də yaxşı çıxış etmədiyini söyləyib:

“Sançonun “Mançester Yunayted”də işləri yaxşı getmir. Məncə, bu, “qırmızı şeytanlar”ın oyun üslubuna bağlıdır. “Mançester Yunayted”in üslubu Sançoya uyğun deyil.

Sançonun möhtəşəm istedadı var. Onun güclü tərəflərindən istifadə edə bilsən, ən yaxşı oyununu göstərəcək. Sanço “Liverpul”a keçsəydi, başqa futbolçu olacaqdı. Buna əminəm”.

Sanço bu mövsüm “Mançester Yunayted”lə 13 oyuna çıxıb. İngilis futbolçu bu matçlarda nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button