
İngiltərəli hücumçu Səudiyyə Ərəbistanı klubuna keçdi
“Brentford”un futbolçusu İvan Toni karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xəbər verir ki, ingiltərəli hücumçu “Əl-Əhli”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər İngiltərə millisinin üzvü olan 28 yaşlı forvard üçün Premyer Liqa klubuna 42 milyon avro təzminat ödəyib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Toni 2020ci ilin sentyabr ayından “Brentford”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin