Hoylund zədələndi, MY yeni hücumçu axtarışına başladı

“Mançester Yunayted” bu transfer pəncərəsində yeni hücumçu almaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Almaniyada keçirilən son Avropa çempionatında İngiltərə millisinə dəvət almış “Brentford”un hücumçusu İvan Tonini diqqətdə saxlayır.

Mançester klubunun hücumçusu Rasmus Hoylund zədələnib və bu səbəbdən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Mançester Yunayted” yayda “Bolonya”dan Coşua Zirkzeni alıb, lakin baş məşqçi Erik ten Haq Hoylundun zədəsindən sonra komandada başqa hücumçu görmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button