İngiltərəli futbolçu Türkiyədə 26 ailəni mənzillə təmin edib

“Arsenal”ın futbolçusu Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailəni mənzillə təmin edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “BigShoe” xeyriyyə layihəsinin təşkil etdiyi aksiyada iştirak edib və Türkiyənin şərqində – Adıyaman, Kahramanmaraş və Malatyada ailələrin mənzil haqqını ödəyib. Bu ailələr yataq, qonaq, mətbəx və vanna otağı olan konteynerlərdə yerləşdiriləcək.

“Başının üstündə damı olan hər kəs özünü şanslı hesab edə bilər. Fəlakət sahib olduqları hər şeyi bu insanlardan aldı və bu, onların günahı deyil. Onlara kömək etmək və onlara nəsə vermək mənim üçün çox şey deməkdir” – deyə, “Arsenal”ın və İngiltərə millisinin vingeri bildirib.

Fevral ayında Türkiyədə güclü zəlzələ baş verib. Türkiyənin 11 vilayətində 50 500 nəfər ölüb, 107 204 nəfər yaralanıb. Zəlzələdən ən azı 15,73 milyon insan zərər çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button