“Tottenhem” 75 milyon avroluq transferi bitirmək üzrədir
“Bornmut”un hücumçusu Dominik Solanke “Tottenhem”ə keçidini demək olar ki, başa çatdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “Çelsi”nin yetirməsi London klubunun düşərgəsində tibbi müayinədən keçib.
“Tottenhem” “Bornmut”la Solanke üçün bonuslar da daxil olmaqla 75 milyon avroya razılığa gəlib. Onun satışı “Bornmut” tarixinin ən bahalı transferi olacaq.
26 yaşlı futbolçu İngiltərə çempionatının son mövsümündə 19 qol vurub. Onun adı əvvəllər Premyer Liqanın digər klubları, o cümlədən “Çelsi” ilə hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin