
İngiltərəli futbolçu Bundesliqada rekorda imza atıb
Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən yarımmüdafiəçi Ceydon Sanço Almaniya çempionatında rekorda imza atıb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Bundesliqanın 31-ci turunun matçında ingiltərəli futbolçu “Leyptsiq”in qapısına yol tapıb. Bu, Sançonun Bundesliqada 40-cı qoludur.
Bu qol “Borussiya”nın müsbət nəticə əldə etməsinə kömək etməyib, komanda 1:4 hesabı ilə məğlubiyyətə uğrayıb.
Sanço turnir tarixində ən uğurlu ingiltərəli futbolçudur. O, “Köln”də 39 qol vuran Toni Vudkoku keçib. Futbolçu müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin