“Bayern”in müdafiəçisi Fransa klubuna keçə bilər

“Bayern”in müdafiəçisi Erik Dayer yayda komandasını dəyişə bilər.

İngiltərəli futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və hələlik onun yenilənməsi üçün danışıqlar aparılmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı oyunçuya Fransanın Liqa 1 təmsilçisi “Monako” maraq göstərir.

Dayer bu mövsümün əvvəlində “Tottenhem”dən “Bayern”ə keçib. Bundan əvvəl isə o, Münhen komandasında altı ay icarə əsasında çıxış edib.

İngiltərəli müdafiəçi cari Bundesliqa mövsümündə 18 oyunda iştirak edib və 1 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button