FİFA referisi koronavirusla mübarizədə könüllü oldu

İngiltərəli FİFA referisi Entoni Teylor koronavirusla mübarizədə könüllü olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. 41 yaşlı referi könüllü olmaq üçün İngiltərədə Milli Səhiyyə Xidmətinə müraciət edib. Teylorun bacısı Keyt də Milli Səhiyyə Xidmətində çalışır.

İngiltərə Premyer Liqasında 2010-cu ildə hakim kimi debüt edən Teylor, 2013-cü ildən FİFA referisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button