
Motta ilə maraqlanan klublar var – İngiltərə və Fransadan
“Yuventus”un keçmiş baş məşqçisi Tiaqo Motta yayda yenidən işə qayıda bilər. O, mart ayında turinlilərin baş məşqçisi vəzifəsindən qovulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq iki klub Motta ilə maraqlanır.
İddia edilir ki, 42 yaşlı çalışdırıcıya İngiltərə Premyer Liqası və Fransa Liqa 1-də tələbat var, ancaq hələlik konkret adlar açıqlanmayıb.
Motta ötən yaydan “Yuventus”u çalışdırırdı. O, əvvəllər “Bolonya”, “Spezia”, “Cenoa” və PSJ-nin gənclər komandasında çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



