“Liverpul” Malik üçün hərəkətə keçib

“Lion”da çıxış edən Malik Fofananın transferi uğrunda Premyer Liqa klubları arasında rəqabət yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

20 yaşlı vingerə “Liverpul” və “Mançester Yunayted”lə yanaşı, “Nottingem Forest” də maraq göstərir. “Liverpul” artıq onun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Bundan əvvəl “Çelsi”nin də Fofananın transferi ilə maraqlandığı, ancaq hələ rəsmi təklif təqdim etmədiyi bildirilmişdi.

“Lion” belçikalı futbolçunun transferindən azı 50 milyon avro qazanmaq niyyətindədir.

Fofana son mövsümdə Fransa Liqa 1-də 29 oyunda iştirak edib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button