İngiltərədən 6, Almaniyadan 1 “elçi”si var

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo İngiltərə Premyer Liqasının ən güclü klublarının qısa siyahısında yer alıb.

Komanda.az xəbər verir ku, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Premyer Liqanın ən yaxşı 6 klubu 26 yaşlı futbolçunun “Barselona”dakı vəziyyətini diqqətlə izləyir.

Bundan əlavə, ispaniyalı oyunçuya “Bayern” də maraq göstərir. Həmçinin, Olmonun özünün “Barselona” ilə uğur qazanmaq arzusunda olduğu və hansısa digər karyera inkişafı ssenarisinin onun üçün böyük məyusluq olacağı iddia edilir.

“Barselona”nın bu gün Olmonu cari mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirə biləcəyi son gündür. Onlar artıq lazımi sənədləri göndərib və qərar gözləyirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button