
Dele Alli 3 klubun hədəfindədir
29 yaşlı yarımmüdafiəçi Dele Alli karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Komanda.az “Mail”-ə istinadən xəbər verir ki, “Komo” ilə yollarını ayırdıqdan sonra azad agent statusu alan ingiltərəli futbolçu ilə üç klub maraqlanır. Ona “Vest Bromviç”, “Birmingem” və “Reksem” maraq göstərir.
Delle Alli 2025-ci ilin əvvəlində “Komo”ya keçmişdi, ancaq tərəflərin əməkdaşlığı yayda başa çatıb. O, A Seriyası klubunda cəmi bir oyun keçirib və həmin görüşdə qırmızı vərəqə alaraq, meydandan qovulub.
Dele Alli İngiltərə millisinin heyətində 37 oyun keçirib, 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



