Muani İngiltərədən 3 klubun maraq dairəsindədir

PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Tottenhem”, “Nyukasl” və “Mançester Yunayted” maraqlanır.

Kolo Muani 2024/25 mövsümündə icarə əsasında “Yuventus”da çıxış edib. O, A Seriyası çərçivəsində 16 oyunda meydana çıxaraq, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransalı hücumçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. Onun hazırkı bazar dəyəri təxminən 30 milyon avro qiymətləndirilir.

Kolo Muaniyə maraq göstərən klubların hücum xəttini gücləndirmək istədiyi bildirilir. Xüsusilə, “Mançester Yunayted”in uzun müddətdir yeni forvard axtarışında olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button