
“Milan”ın qapıçısı İngiltərənin 3 klubunun hədəfindədir
“Milan”ın qapıçısı Mayk Menyan İtaliya A Seriyasından İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Caughtoffside”-a istinadən xəbər verir ki, fransalı qolkiperin xidmətində üç klub maraqlıdır. Söhbət “Aston Villa”, “Çelsi” və “Mançester Yunayted”dən gedir. Potensial transfer dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.
Menyan 2021-ci ilin yayından “Milan”da çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. O, bu mövsüm A Seriyasında 31 oyunda iştirak edib, 35 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin