İspaniya millisinin üzvü Premyer Liqanın 2 klubunun hədəfindədir

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams transfer bazarının ən çox axtarılan futbolçularından biri olaraq qalır.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu üçün əsas iddiaçılar “Çelsi” və “Arsenal” klublarıdır.

Hər iki klub Uilyamsın transferini reallaşdırmaq üçün maksimum səy göstərməyə hazırdır. Əvvəllər onun İspaniyada qalmaq istədiyinə dair xəbərlər yayılsa da, “Barselona”nın transferi reallaşdıra bilməməsi onu ölkə xaricinə çıxmaq barədə düşünməyə vadar edə bilər.

22 yaşlı futbolçunun müqaviləsində 55 milyon avroluq sərbəstqalma maddəsi var. Ancaq transferin baş tutması üçün yüksək agent ödənişləri də tələb olunur. Hazırda “Atletik” yetirməsi olan oyunçu ilə müqavilənin müddətini uzatmaq istiqamətində danışıqlar aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button