Arda Gülərin İngiltərədən daha bir “elçi”si var

“Real”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər ​​İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu ilə “Aston Villa” maraqlanır.

Birmingem klubunun idman direktoru Monçi perspektivli türkiyəli oyunçunun transferində şəxsən maraqlıdır. Onun uğrunda mübarizədə “Aston Villa”nın əsas rəqibi “Liverpul”dur.

20 yaşlı Arda Gülər ​​2023-cü ilin yayından “Real”da çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin iyunun sonunda başa çatacaq. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button