İngiltərənin iki klubu De Yonqa görə “Barselona” ilə əlaqə saxlayıb

“Barselona”da çıxış edən Frenki de Yonq karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçini “Arsenal” və “Liverpul” heyətinə qatmaq istəyir.

İngiltərə klubları 27 yaşlı futbolçunun yayda mümkün transfer şərtlərini müzakirə etmək üçün artıq kataloniyalılarla əlaqə saxlayıb.

De Yonq bu mövsüm “Barselona”nın heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button