“Milan”ın qapıçısı Premyer Liqaya gedə bilər

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə “Mançester Yunayted” yaxından maraqlanır. Komandanın baş məşqçisi Ruben Amorim təcrübəli qapıçı transferi ilə heyəti gücləndirmək istəyir.

“Çelsi” də Menyanın xidmətində maraqlıdır. Londonlular yayda onun transferini reallaşdırmaq istəsələr də, danışıqlar uğursuzluqla nəticələnmişdi.

Menyanın “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onun transfer dəyəri isə 25 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button