“İngiltərədə yarımçıq qalan işim var” – Veqhorst
Niderlandlı hücumçu Vaut Veqhorst yeni klubu “Mançester Yunayted” barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün hücumçuların qol vurmaq üçün yaşadığını deyib:
“İngiltərədə yarımçıq qalan işim var. Burada ilk dəfə hər şey istədiyim kimi olmadı. Həqiqətən, komandama kömək etmək istəyirəm. Mən hücumçuyam. Bütün hücumçular qol vurmaq üçün yaşayır. Təbii ki, mən də.
Hazırda komandanın durumu yaxşıdır. Son həftələr hər şey qaydasında gedir. Mən burada öz işimi layiqincə yerinə yetirmək istəyirəm”.
30 yaşlı Veqhorst 2022/23 mövsümünün ilk hissəsini “Beşiktaş”ın heyətində keçirib. O, Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin