“İngiltərədə Messini çox az məşqçi sevəcək, çünki…” – Yaya Ture

“Barselona”nın sabiq futbolçusu Yaya Ture Kataloniya klubunun hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu, Messinin kataloniyalılardan mümkün ayrılığı haqqında danışıb:

“Məncə, Messi “Barselona”dan ayrılsa, “Mançester Siti”yə gedəcək. “Şəhərlilər”in onu transfer edəcək pulu var və Premyer Liqada sadəcə bir neçə klub bu transferi reallaşdıra bilər. İngiltərədə Messini çox az məşqçi sevəcək, çünki o, müdafiədə oynamağı sevmir. Onun “Barselona”nı tərk edəcəyi ilə bağlı xəbərlərə şübhə ilə yanaşıram. O, klubu və ordakı futbol fəlsəfəsini sevir”.

Argentinalı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən sonra komandadan ayrılmaq istədiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button