
İngiltərə kubokunda 1/4 finalın püşkü atıldı
İngiltərə Federasiya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, 1/8 final mərhələsində “Çelsi”ni mübarizədən kənarlaşdıran “Mançester Yunayted” bu mərhələdə “Vulverhempton”la qarşılaşacaq. “Mançester Siti” isə Çempionşip təmsilçisi “Suonsi” ilə üz-üzə gələcək.
İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsinin oyunları martın 15-də və 18-də keçiriləcək.
İngiltərə Federasiya kuboku, 1/4 final mərhələsi
Suonsi – Mançester Siti
Uotford – Kristal Pelas
Vulverhempton – Mançester Yunayted
Milluoll – Brayton
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin