AÇ-2020: “Qələbə qazana bilsək, ömrümüzün sonuna qədər xatırlanacağıq”

İngiltərə yığmasının hücumçusu Harri Keyn AÇ-2020-nin finalı çərçivəsində İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, millinin kapitanı, tarix yazmaq istədiklərini deyib:

“1966-cı ildə millimiz dünya çempionu oldu. Bu, komanda və ölkə adına əla uğur idi. İndi tarixi yenidən yazmaq istəyirik. Valideynlərimiz İngiltərə millisini heç finalda görməyiblər. Qələbə qazana bilsək, ömrümüzün sonuna qədər xatırlanacağıq”.

Bu gün keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button