İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

Futbol üzrə İngiltərə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt siyahıya 33 oyunçunun adını daxil edib.

Bu futbolçulardan 26-sının adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aron Ramzdeyl (“Arsenal”), Ceyms Trafford (“Börnli”);

Müdafiəçilər: Cerrad Brantueyt (“Everton”), Lyuis Dank (“Brayton”), Co Qomes (“Liverpul”), Mark Quehi (“Kristal Pelas”), Ezri Konsa (“Aston Villa”), Harri Maquayr (“Mançester Yunayted”), Jarell Kuansah (“Liverpul”), Luk Şou (“Mançester Yunayted”), Con Stounz (“Mançester Siti”), Kiran Tripyer (“Nyukasl”), Kayl Uoker (“Mançester Siti”);

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Cud Bellingem (“Real”), Konor Qallager (“Çelsi”), Körtis Cons (“Liverpul”), Kobbi Mainu (“Mançester Yunayted”), Deklan Rays (“Arsenal”), Adam Uarton (“Kristal Pelas”).

Hücumçular: Jarrod Boven (“Vest Hem”), Eberechi Eze (“Kristal Pelas”), Fil Foden (“Mançester Siti”), Entoni Qordon (“Nyukasl”), Cek Qriliş (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Ceyms Maddison (“Tottenhem”), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), İvan Touni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).

İngiltərə yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün C qrupunda Sloveniya, Danimarka və Serbiya milliləri ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button