
İngiltərə yığması AÇ-2020 öncəsi rəqiblərini müəyyənləşdirdi
Futbol üzrə İngiltərə yığma komandasının 2020-ci ildə keçiriləcək Avropa çempionatı öncəsi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, britaniyalılar qitə birinciliyi öncəsi Avstriya və Rumıniya yığmaları ilə qarşılaşacaq.
Avstriya ilə oyun iyunun 2-də Vyanada baş tutaaq. Rumıniya ilə qarşılaşma isə iyunun 7-də keçiriləcək.
İngiltərə yığması AÇ-2020-də Xorvatiya və Çexiya ilə birgə D qrupunda mübarizə aparacaq. Bu qrupda yer alacaq dördüncü komanda isə UEFA Millətlər Liqasından gələcək dörd qalibdən biri olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin