
İngiltərə və İrlandiya birləşir – DÇ-2030 üçün
İngiltərə və İrlandiya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Hər iki ölkə DÇ-2030-u birlikdə təşkil etmək niyyətindədir. İngiltərə və İrlandiya hökumətləri federasiyaların planlarını dəstəkləsə, 2022-ci ildə FİFA-ya rəsmi müraciət olunacaq.
Bundan əvvəl Portuqaliya ilə İspaniya və Ekvadorla Peru DÇ-2030-a ev sahibliyi etmək istədiklərini açıqlamışdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin