AÇ-2024: “İngiltərə bütün zamanların ən yaxşı İsveçrə millisi ilə qarşılaşacaq”

Almaniya yığmasının sabiq hücumçusu Yurgen Klinsmann Avropa çempionatının 1/4 final mərhələsində İngiltərə və İsveçrə milliləri arasında keçiriləcək görüşdən gözləntilərini bölüşüb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, İngiltərə millisi üçün asan olmayacağını bildirib:

“İngilislər bu oyunda fərqli oynamağa çalışmalıdırlar. Ola bilsin ki, 4-4-2 sxemindən istifadə etsinlər. Düşünürəm ki, bu, belə ola bilər. Qaret Sautqeytin komandası 1/4 finalda bütün zamanların ən yaxşı İsveçrə millisi ilə qarşılaşacaq. İngiltərə millisi üçün asan olmayacaq, məncə, Slovakiya ilə müqayisədə daha çətin olacaq”.

İngiltərə və İsveçrə yığmaları arasındakı qarşılaşma iyulun 6-da, Düsseldorfda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button