
İngiltərənin 2 klubu macar oyunçu uğrunda yarışacaq
“Bornmut”un müdafiəçisi Miloş Kerkez qarşıdakı transfer pəncərəsində İngiltərə Premyer Liqasının aparıcı klublarından birinə keçə bilər.
21 yaşlı futbolçunun adı uzun müddətdir ki, “Liverpul”a mümkün transferlə əlaqələndirilir, ancaq “qırmızılar” onun üçün yeganə iddiaçı deyil.
Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, “Arsenal” macar oyunçu uğrunda mübarizədə mersisaydlılarla rəqabət aparmaq niyyətindədir.
Kerkez bu mövsüm “Bornmut”un heyətində 31 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin