İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı məşqçisi məlum oldu

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Komanda.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner ən yaxşı seçilib.

Avstriyalı mütəxəssis İngiltərə Premyer Liqasında bu mükafata ilk dəfə sahib çıxıb. O, həmçinin, bu çempionatda 5 ildən sonra bu mükafata layiq görülən ilk avstriyalı mütəxəssis olub. Buna qədər 2020-ci ilin iyulunda ayın ən yaxşı baş məşqçisi Ralf Hasenhuttl seçilib.

“Kristal Pelas” ötən ay keçirdiyi oyunlarda uduzmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button