İngiltərə polisi 2 azarkeşi saxlayıb

Polis İngiltərə kubokunun 1/4 finalında “Liverpul”la oyunda (4:3) təhqiramiz şüarlar səsləndirən iki “Mançester Yunayted” azarkeşini saxlayıb.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Azarkeşlər 1989-cu ilin aprelində İngiltərə kubokunun yarımfinalında “Liverpul” və “Nottingem Forest” arasında keçirilən oyundan əvvəl “Hillsborough Stadium”-da baş vermiş faciəni ələ salıblar. Həmin qarşılaşmada yaranan izdiham 97 “Liverpul” azarkeşinin ölümünə, yüzlərlə azarkeşin isə yaralanmasına səbəb olmuşdu.

Bundan əvvəl İngiltərə Premyer Liqası rəhbərliyi azarkeşlərin davranışını kəskin şəkildə pisləyərək onların oyunda futbol faciələrini təhqir etməyə icazəsi olmadığını bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button