
İngiltərə nəhənginin Zidan planı
Fransalı məşqçi Zinəddin Zidan “Çelsi”nin “sükanı arxasına” keçə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “zadəganlar” əmindirlər ki, Zidan komandanın zəif çıxışı səbəbindən yaxın günlərdə göndəriləcəyi gözlənilən Qrem Potteri layiqincə əvəz edə bilər.
Zidanın son iş yeri 3 dəfə Çempionlar Liqasının qalibi olduğu Madrid “Real”ı olub.
“Çelsi” İngiltərə Premyer Liqasında 24 matçdan sonra ilk 3-lükdən 18 xal geri qalaraq, 10-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin