“İngiltərə millisinin yeni baş məşqçisi kim olacaqsa, ona yazığım gəlir”
İsveçli mütəxəssis Sven-Eran Eriksson İngiltərə millisinin gələcək baş məşqçisinə niyə paxıllıq etmədiyini açıqlayıb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, bu vəzifəyə gələn məşqçinin üzərində böyük təzyiq olacağını söyləyib:
“Yeni baş məşqçinin çiyinlərində hansı təzyiq olacağını düşünün. Qaret Sautqeyt komandanı iki dəfə Avropa finalına, bir dəfə yarımfinala çıxardı və bu, ingilislər üçün kifayət deyil. Ona görə də, növbəti məşqçi daha çox şey etməlidir. Qalan hər şey uğursuzluqdur. Yeni baş məşqçi kim olacaqsa, ona indidən yazığım gəlir. O, böyük turnirdə qalib gələ bilməsə, onu tənqid edəcəklər. Bu işi kim öz üzərinə götürsə, cəsarətli bir adam olacaq”.
İngiltərə millisi iyulda baş məşqçi Qaret Sautqeytin gedişini açıqlayıb. O, öz istəyi ilə postunu tərk etmək qərarına gəlib.
Bizi Facebook-da izləyin