
İngiltərəli müdafiəçi “Qarabağ”ın rəqibinə keçmək üçün qışı gözləyir
İngiltərə millisinin müdafiəçisi Mark Quehi yay transfer pəncərəsində “Liverpul”a keçə bilməyib və yenidən “Kristal Pelas”a qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
İngiltərəli futbolçu uğursuz alınan keçidə baxmayaraq, yaxşı əhval-ruhiyyədədir. Onun yanvar transfer pəncərəsində klubunu dəyişməsi ehtimalı yüksək qiymətləndirilir.
25 yaşlı müdafiəçi 2021-ci ilin yayından “Kristal Pelas”da çıxış edir. O, cari mövsümdə Premyer Liqada 3 oyunda meydana çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2026-ci ilin iyununda başa çatacaq.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



