
İngiltərə millisinin “sükan”ı ona tapşırıla bilər
İngiltərə Futbol Assosiasiyası milli komandaya yeni baş məşqçi axtarır. 2024-cü il Avropa çempionatından sonra Qaret Sautqeyt komandanın baş məşqçi postunu tərk edib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Löv ingilislərin diqqətini çəkib. Almaniyalı mütəxəssis işsizdir və danışıqlar masası arxasına əyləşməyə hazırdır.
64 yaşlı çalışdırıcı 2006-2021-ci illərdə Almaniya millisinə rəhbərlik edib.
İngiltərə yığması Avropa çempionatının finalında məğlub olub. İngilislər Almaniyada keçirilən turnirin həlledici matçında İspaniya yığmasına 1:2 hesabı ilə uduzublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin