Millinin “sükan”ı “Çelsi”nin keçmiş baş məşqçisinə tapşırıla bilər
Qaret Sautqeytin İngiltərə millisinin baş məşqçisi vəzifəsini tərk edəcəyi açıqlanıb. İndi İngiltərə Futbol Assosiasiyası komandaya yeni məşqçi axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə Qrem Potter milli komandanın baş məşqçisi postunun favoriti sayılır.
49 yaşlı mütəxəssis daha çox “Çelsi” və “Brayton”dakı işi ilə tanınır. Potter bir ildən çoxdur işsizdir. “Çelsi” 2023-cü ilin aprel ayının əvvəlində onun xidmətindən imtina edib.
Qaret Sautqeyt İngiltərə yığmasını 2016-cı ilin sentyabr ayından çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin