İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi
İngiltərə millisinin və “Aston Villa”nın sabiq üzvü Qabriel Aqbonlahor karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Son olaraq “Aston Villa”nın şərəfini qoruyan 32 yaşlı hücumçu, 2018-ci ilin iyulundan azad agent statusu daşıyırdı.
2005-ci ildə peşəkar karyerasına başlayan Aqbonlahor “Aston Villa”, “Şeffild Uensdey”, “Uotford” kimi klubların formasını geyinib. O, İngiltərə millisində 3 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin