İngiltərə millisinin sabiq üzvü 38 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Joleon Leskott karyerasını bərpa edib.

Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu İspaniyanın “Rasinq Mursiya” klubu ilə müqavilə bağlayıb.

Bu barədə üçüncü divizion klubunun rəsmi saytı məlumat yayıb. Leskott yeni komandasındakı debüt matçını İspaniya kuboku çərçivəsində dekabrın 16-da “Levante”yə qarşı keçirəcək.

Qeyd edək ki, İngiltərə millisində 30-a yaxın oyun keçirmiş Leskott, son olaraq 2017-ci ildə “Sanderlend”də forma geyinmişdi. O, karyerası ərzində “Vulverhempton”, “Everton”, “Mançester Siti”, “Vest Bromviç”, “Aston Villa” və AEK (Yunanıstan) klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button