Bekhem DÇ-2022-nin siması olacaq – 150 milyonluq razılaşma

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, əməkdaşlıq barədə gələn ay məlumat veriləcəyi bildirilib.

Bekhem bu razılaşma ilə ildə 15 milyon funt-sterlinq qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq 10 il müddətinə hesablanacaq və bu müddət ərzində Bekhem Qətər səfiri olacaq. 

DÇ-2022 gələn il 21 noyabr-18 dekabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button