İngiltərə millisinin keçmiş üzvü futbolla vidalaşır
“Seltik”in qapıçısı Co Hart karyerası ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, İngiltərə millisinin sabiq qolkiperi mövsümün sonunda peşəkar karyerasını başa vuracaq. 36 yaşlı qolkiper bu barədə özü məlumat verib.
Co Hart karyerası ərzində “Mançester Siti”, “Blekpul”, “Birmingem”, “Torino”, “Vest Hem”, “Bernli” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasının heyətində 75 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin