AÇ-2020: İngiltərə millisinin 2 futbolçusu karantinə alındı
İngiltərə millisinin futbolçuları – Ben Çiluell və Meyson Maunt karantinə alınıb.
Komanda.az xəbər verir ki, hər iki oyunçu Şotlandiya yığmasında koronavirus testi müsbət çıxan Billi Gilmorla yaxın təmasda olduğu üçün ehtiyat məqsədiylə karantinə alınıblar.
Çiluell və Maunt İngiltərə yığmasının AÇ-2020-nin qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Çexiyaya qarşı keçirəcəyi oyunu buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin