İngiltərə millisinin baş məşqçisi: “Mourinyo haqlı idi”
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığma komandaya rəhbərlik etdikdən sonra artıq futbolda heç bir işdən qorxmadığını bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu vəzifəyə təyin olunarkən “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona dediklərini xatırlayıb:
“Mançester Yunayted”də olarkən Joze Mourinyo ilə danışdığımı xatırlayıram və o, demişdi: “Bilirsən, indiki rolundan sonra hər şeyi edə bilərsən”. “Ola bilər” deyə, düşündüm. Ancaq yeddi il sonra başa düşürəm ki, bu, doğrudan da belədir”.
Sautqeyt 2016-cı ildən İngiltərə millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda 2018-ci il dünya çempionatında dördüncü yeri tutub, 2019-cu ildə Millətlər Liqasında üçüncü olub və 2020-ci ilin Avropa çempionatında gümüş medala sahib çıxıb.
Bizi Facebook-da izləyin