İngiltərə millisində itki
İngiltərə millisində ciddi itki baş verib.
Komanda.az xəbər verir ki, yığmanın üzvü Erik Dayer zədələnib. Bu barədə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib. O, Dayerin Monteneqro ilə qarşılaşacaqları oyunda iştirak etməyəcəyini bildirib.
Erik Dayer AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Çexiya ilə qarşılaşdıqları oyunun 17-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onu Ross Barkli əvəzləyib.
AÇ-2020-nin seçmə mərhələsində İngiltərə Çexiyanı 5:0 hesabıyla məğlub edib. Monteneqro – İngiltərə matçı isə martın 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin