İngiltərə millisinin Keyni itirmək təhlükəsi var

“Bayern”in hücumçusu Harri Keyn bu yaxınlarda Frankfurt “Ayntraxt”ı ilə oyunda zədələnib. Oyun 3:3 hesablı bərabərliklə başa çatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu zədə səbəbindən milli komandanın qarşıdakı matçlarını buraxma riski ilə üzləşib.

İngiltərə yığması Millətlər Liqasında Finlandiya və Yunanıstan milliləri ilə qarşılaşacaq.

Keyn cari mövsümdə Almaniya Bundesliqasında 6 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button