
İngiltərə millisi Avropa çempionu oldu
21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.
Komanda.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.
Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.
Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruis penalti zərbəsini qola çevirə bilməyib.
Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin