Koronavirusa yoluxmuş keçmiş futbolçu: “Virus ölümcüldür”

İngiltərə milli komandasının və “Aston Villa”nın sabiq futbolçusu Qabriel Aqbonlahor koronavirusa yoluxub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq forvard özü açıqlama verib. Aqbonlahor, martda virusa yoluxduğunu, ancaq indi tam sağaldığını bildirib:

“Martın 15-də virusa yoluxdum. Özümü heç vaxt belə hiss etməmişdim. Simptomlar dəhşətli idi, heç kimin belə pis təcrübə keçməsini istəmirəm, virus ölümcüldür”.

2005-ci ildə peşəkar karyerasına başlayan Aqbonlahor, “Aston Villa”, “Şeffild Uensdey”, “Uotford” kimi klubların formasını geyinib. O, İngiltərə millisində 3 oyun keçirib. Sabiq hücumçu, ötən il karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button