AÇ-2020: “O, dağ adamı kimidir”

İngiltərə milli komandasının sabiq futbolçusu Rio Ferdinand yığmanın müdafiəçisi Harri Maquayrın AÇ-2020-nin 1/4 final mərhələsinin Ukrayna – İngiltərə matçında (0:4) sərgilədiyi oyunu dəyərləndirib.

Komanda.az xəbər verir ki, Ferdinand, Maquayrı dağ adamına bənzədib:

“Maquayr çox rahat futbol oynayır. O, dağ adamı kimidir. Topla çıxır və düzgün ötürmələr edir. Çox rahat çıxış edir. Onu digər müdafiəçilərdən fərqləndirən budur”.

İngiltərə yığması Ukraynanı 4:0 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. İngilislər bu mərhələdə Danimarka millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button