“Keyn nə edirsə, düz edir!”
İngiltərə milli komandasının sabiq futbolçusu Qari Nevill “Tottenhem”in məşqlərinə qatılmayan Harri Keynlə bağlı fikirlərini bildirib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, keçmiş müdafiəçi, ingilis hücumçunun düzgün hərəkət etdiyini deyib:
“Keyn məşqlərdə görünməliydisə, görünərdi. Heç vaxt məşqə gəlməyən bir futbolçunu müdafiə etməməliyəm. Daha əvvəl Keynlə işləmişəm və onun kimi peşəkar futbolçu görməmişəm. O, nə edirsə, düz edir. Onu belə davranmağa məcbur edən şeylər var və o da buna əsəbiləşir”.
Keyn “Tottenhem”dən ayrılmaq niyyətindədir. Hücumçu bu səbəbdən londonluların məşqlərinə qatılmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin