Tofiq Bəhramovu məşhurlaşdıran finalda qol vuran futbolçu vəfat etdi

İngiltərə milli komandasının sabiq futbolçusu Martin Piters vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Pitersin formasını geyindiyi “Vest Hem” klubu məlumat yayıb. Altsheymer xəstəliyindən əziyyət çəkən Piters 76 yaşında dünyasını dəyişib.

1966-cı ildə keçirilən, mərhum azərbaycanlı referi Tofiq Bəhramovun yan xətt hakimi olduğu İngiltərə – Almaniya matçında Piters də iştirak edib və 4:2 qələbə qazandıqları oyunda bir qolla yadda qalıb.

Tofiq Bəhramov məhz bu final matçından sonra kraliça 2-ci Elizabetin şəxsən təqdim etdiyi “qızıl ilahə” və “qızıl fit” mükafatlarına layiq görülüb.

Piter “Vest Hem”, “Tottenhem”, “Norviç” və “Şeffild Yunayted” kimi klublarda forma geyinib. Mərhum futbolçu 67 dəfə də İngiltərə yığmasının şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button