İngiltərə millisinin sabiq futbolçusu “Tottenhem”də

İngiltərə milli komandasının sabiq futbolçusu Co Hart karyerasını “Tottenhem”də davam etdirəcək.

Komanda.az xəbər verir ki, azad agent olan qapıçı London klubu üçün tibbi müayinədən keçib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Tottenhem” yaxın zamanda Hartın keçidini rəsmən açıqlayacaq.

Co Hart 2007-2018-ci illər aralığında “Mançester Siti”də forma geyinib. Qapıçı 2018-ci ilin yayında “Bernli”yə keçib. Hazırda azad agent olan Hart, 75 dəfə də İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button